Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)

19 Sentyabr 2026 07:07

Parkda pilləkənlərin üzərində yerləşən şüşə konstruksiyada çatlar yaranıb...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Yasamal rayonunda yerləşən Mərkəzi parka üz tutanlar şüşənin qırılıb insanların üzərinə tökülə biləcəyindən narahatdırlar.

Bəzi sakinlər isə bu şüşələrin qırılsa da, tökülmədiyini, təhlükəsiz olduğunu iddia edirlər.

Parkın sahə rəisi isə deyir ki, bu hal birinci dəfə yaşanmır, bəzən günəş şüalarının təsiri, bəzən də sərt müdaxilələr şüşələrin çatlamasına səbəb olur.

Həmçinin materialların artıq xarici ölkədən sifariş olunduğu, şüşələrin yaxın günlərdə yenisi ilə əvəz ediləcəyi bildirildi. 

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)