Fransa milli komandasının yeni baş məşqçisi Zinəddin Zidan Kilian Mbappenin millidə kapitanlıq sarğısını qoruyub saxlayacağını təsdiqləyib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Bəli, Mbappe indi mənim oyunçumdur və mənim kapitanım olacaq", - deyə Zidan qeyd edib.
Mbappe milli komandada kapitanlıq sarğısını 2023-cü ilin martında Uqo Lyorisi əvəzləyərək alıb.
27 yaşlı futbolçu milli komandanın heyətində 106 oyun keçirib və 66 qolla yadda qalıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)