Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, ölkə Təhlükəsizlik Şurasının katibi, 18 yaşlı Adəm Kadırov Dövlət Dumasına keçirilən seçkilərdə ilk dəfə səs verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, səsvermə hüququndan Axmat-Yurt kəndində yerləşən seçki məntəqəsində istifadə edib.
Səs verdikdən dərhal sonra oğul Kadırov seçki məntəqəsinin yerləşdiyi məktəbin həyətində "ləzginka" oynayıb.
Qeyd edək ki, A. Kadırov atasının köməkçisidir. 2023-cü ilin noyabr ayından etibarən o, eyni zamanda Çeçenistan rəhbərinin Təhlükəsizlik Xidmətinə rəhbərlik edir.
Məlumat üçün bildirək ki, 18 yaşlı Adəm qısa müddət ərzində bir çox mühüm mükafat və rütbələrlə təltif olunub. 2024-cü ilin avqustunda ona ölkənin ən ali mükafatı olan "Kadırov ordeni" təqdim edilib. Həmin ilin mayın 31-də o, "xüsusi hərbi əməliyyat"ın keçirilməsinə verdiyi töhfəyə görə də medalla təltif olunub. İyun ayında isə Rusiya Federasiyası qarşısında "müstəsna xidmətlərinə görə" ona "Çeçenistan Qəhrəmanı" adı verilib.
Bununla yanaşı, avqust ayında R. Kadırov respublika rəhbərliyinə sentyabrda keçiriləcək seçkilərdə namizəd kimi qeydə alınıb. Onun namizədliyi "Vahid Rusiya" partiyasının Çeçenistan regional bölməsi tərəfindən irəli sürülüb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)