Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb

18 Sentyabr 2026 21:13

Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb.

Milli.Az-ın məlumatına görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.

Məlumata görə, 2022-ci il təvəllüdlü Turan Həsənlini avtobus vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)