İngiltərənin "Arsenal" klubu qış transfer dönəmində hücum xəttini gücləndirməyə hazırlaşır.
Milli.Az report-a istinadən xəbər verir ki, London təmsilçisi Fransanın PSJ komandasında çıxış edən Xviça Kvaratsxeliya ilə maraqlanır.
Gürcüstan millisinin üzvü "topçular"ın transfer siyahısındadır.
Noni Maduekenin "Arsenal"dan ayrılması yeni oyunçu keçidini sürətləndirəcək.
Xatırladaq ki, Xviça Kvaratsxeliya 2025-ci ildən PSJ-də çıxış edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)