Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.
Milli.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, hər iki yol sahəsində zolaqların eni standartlara uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə zolaq təşkil edilib.
"Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir. Müvafiq yol nişanları quraşdırılmaqla zolaqlar qüvvədə olacaq".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)