Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Milli.Az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Kamaz" markalı yük avtomobili, "Renault" markalı avtomobildaşıyan və "Hyundai" markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və "Kamaz" markalı avtomobilin sürücüsü deformasiyaya uğramış maşında sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1981-ci il təvəllüdlü Firuddinov Ramil Allahverən oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.
------------
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlax şəhərindən keçən hissəsində, dairəvi yolda qeydə alınıb.
Çuğundur yüklü yük maşını minik avtomobillərinin daşınması üçün nəzərdə tutulan xüsusi yük maşını ilə toqquşub.
Qəza nəticəsində bir nəfər ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)