Makronun cinsiyyətini araşdıran jurnalist öldü

18 Sentyabr 2026 17:19

Fransanın birinci xanımı Bricit Makronun cinsi mənsubiyyətini araşdıran fransız jurnalist Nataşa Rey 56 yaşında vəfat edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə fransız jurnalist Xavyer Pussar məlumat yayıb.

Onun sözlərinə görə, Rey xərçəng xəstəliyindən ölüb.

Qeyd edək ki, Nataşa Rey Bricit Makron və onun qardaşı Jan-Mişel Tronye tərəfindən qaldırılmış böhtan iddiası üzrə məhkəmə işində qalib gəlmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)