"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)

18 Sentyabr 2026 16:45

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu canlı efirdə xanəndələrlə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi "1001 şou" verilişində bildirib ki, tamaşaçıların görmədiyi məqamlar da olur və bəzi xanəndələrin səhnədən kənardakı davranışları barədə danışıb.

"Bəzən tamaşaçıların görmədiyi məqamlar olur. Estrada ifaçılarını qınayırlar ki, filankəs özünü belə aparır. Kənarda özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir", - deyə Hüseyn Məhəmmədoğlu bildirib.

Onun bu fikirləri canlı yayım zamanı müzakirəyə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)