"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə milli komandasındakı çıxışını dayandırmaq qərarına gəlib.
Milli.Az xəbər verir ki, 36 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edərək məlumat yayıb.
Mert Günok 2012-ci ildən Türkiyə yığmasının heyətində yer alırdı. Təcrübəli qapıçı bu müddətdə milli forma ilə 37 matçda iştirak edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)