İlanın ovladığı quşları bir-bir ağzından çıxarması ilə bağlı görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az xəbər verir ki, kadrlarda ilanın udduğu quşları daha sonra ağzından geri çıxardığı görünür. Qeyri-adi görüntülər izləyicilər arasında müzakirələrə səbəb olub.
Videonu izləyən sosial şəbəkə istifadəçiləri təəccübləndiklərini bildiriblər. Görüntülərin harada çəkildiyi və hadisənin hansı şəraitdə baş verdiyi barədə isə məlumat verilməyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)