Pakistanda məscid yaxınlığında partlayış olub.
Milli.Az xəbər verir ki, hadisə Xeybər-Paxtunxva vilayətində, cümə namazı zamanı baş verib.
15 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yaralılar arasında polis əməkdaşları da var.
Partlayış məscidin binasına ciddi ziyan vurub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)