Nərimanla Şahrudin milliyə çağırılmadı

18 Sentyabr 2026 15:04

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. 

Milli.Az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

Baş məşqçi Ayxan Abbasov yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə keçiriləcək oyunlara 30 futbolçu dəvət edib. 

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev və Türkiyənin "Ərzurumspor" klubunda oynayan Nəriman Axundzadə isə milliyə dəvət almayıb. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)