Paşinyan mükafat almaq üçün Almaniyaya getdi

18 Sentyabr 2026 13:08

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya səfər edib.

Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın səfərinin əsas məqsədi Hessen Sülh Mükafatını qəbul etməkdir.

Məlumata görə, mükafatın təqdimetmə mərasimi Almaniyanın Viesbaden şəhərində, Hessen əyalətinin parlamentində keçiriləcək.

Paşinyana mükafat Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində fəaliyyətinə və Avropa İttifaqı ilə yaxınlaşma siyasətinə görə təqdim ediləcək.

Mükafatın pul məbləğinin 25 min avro olduğu bildirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)