Hörmüz boğazından keçən gəmiyə hücum edilib.
Milli.Az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) məlumat yayıb.
Bildirilib ki, tanker naməlum obyekt tərəfindən hədəfə alınıb. Hadisə nəticəsində gəminin heyət üzvləri arasında xəsarət alan və ya ölən olmayıb.
Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)