Müğənni Kazım Can canlı yayımda 20 kiloqram arıqlamasının səbəbini açıqlayıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, həkimə ilk olaraq arıqlamaq məqsədilə deyil, sağlamlığı ilə bağlı problemə görə müraciət edib.
"20 kiloqram arıqladım. Sağlam şəkildə çəki atmağıma kömək edən həkimimə təşəkkür edirəm. Əslində arıqlamaq üçün yox, sağlamlıq problemimə görə həkimə müraciət etmişdim. Qaraciyərimdə piylənmə həddindən artıq çox idi. Həkimim bunu qaydaya saldı. Bununla da arıqlamağa başladım", - deyə Kazım Can qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)