Türkiyəli idman jurnalisti Aydın Cingöz futbolçu Arda Gülerlə bağlı diqqətçəkən açıqlama verib.
Milli.Az xəbər verir ki, Cingözün sözlərinə görə, Arda Güler karyerasını "Real Madrid"də deyil, əvvəlcə "Barselona"da davam etdirməli imiş.
Jurnalist bildirib ki, həmin dövrdəki razılaşmaya əsasən, Arda bir il "Fənərbağça"da çıxış etdikdən sonra "Barselona"ya transfer olunmalı idi.
Onun sözlərinə görə, "Fənərbağça"nın prezidenti Ali Koçun yerli baş məşqçi ilə çalışacaqlarını açıqlamasından sonra Arda Güler qərarını dəyişib və İspaniyanın digər nəhəngi "Real Madrid"ə keçib.
Cingöz bu fikirləri "343 Digital"ə açıqlamasında səsləndirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)