Oğurluq edən "Cennifer Lopez" saxlanıldı

18 Sentyabr 2026 11:28

ABŞ-ın Minnesota ştatında oğurluq ittihamı ilə həbs edilən 35 yaşlı Sirena Anne Quast sosial şəbəkələrdə gündəmə gəlib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, polis tərəfindən yayımlanan qadının fotosu qısa müddətdə sosial media istifadəçilərinin diqqətini cəlb edib. Buna səbəb onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatması olub.

Quast ilə Lopez arasındakı oxşarlıq sosial şəbəkələrdə müxtəlif zarafatlara da səbəb olub. Bəzi istifadəçilər Cennifer Lopezin məşhur "Jenny from the Block" mahnısına istinad edib, digərləri isə zarafatla onların qohum ola biləcəyini yazıblar.

Məlumata görə, Quast Montiçelloda yerləşən mağazalardan birindən ümumi dəyəri təxminən 580 dollar olan iki ədəd elektrik aləti batareyasını oğurlamaqda ittiham olunur. O, dindirmə zamanı həmin əşyaları götürdüyünü etiraf edib.

Quast ağırlaşdırıcı hallarda oğurluq ittihamı ilə saxlanılıb. O, məhkəmə prosesindən bir gün sonra sərbəst buraxılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)