Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)

18 Sentyabr 2026 11:10

Türkiyənin Zonguldak şəhərində 17 yaşlı qızın valideynləri tərəfindən evdə zorla saxlanıldığı və zəncirləndiyi iddia olunur.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jandarma əməkdaşları daxil olduqları evdə yeniyetmə qızı əlləri qandallı və zəncirlənmiş vəziyyətdə aşkar ediblər.

Hadisə ilə bağlı qızın anası və atası saxlanılıb. Jurnalistlərin suallarını cavablandıran ata qızının zəncirlənməsi ilə bağlı "Qızını döyməyən dizini döyər" ifadəsini işlədib.

Araşdırma çərçivəsində saxlanılan valideynlər məhkəmənin qərarı ilə həbs olunublar.

Hadisə ilə bağlı istintaq davam edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)