Türkiyəli aktrisa Afra Saraçoğlu Venesiyada keçirilən xüsusi tədbirdə görünüşü ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, "Bvlgari"nin təşkil etdiyi gecəyə qatılan aktrisa zərif və eleqant tərzi ilə seçilib.
Afra Saraçoğlu gecə üçün seçdiyi geyimi "Bvlgari"nin məşhur kolleksiyasından olan zinət əşyaları ilə tamamlayıb. Onun incə üslubu və aksesuar seçimi tədbir iştirakçılarının diqqətini çəkib.
Aktrisanın gecədəki görünüşü sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)