"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)

18 Sentyabr 2026 08:57

Türkiyəli aktrisa Gülsen Tuncerin ölüm xəbəri sənət ictimaiyyətini kədərləndirib.

Milli.Az xəbər verir ki, 81 yaşında dünyasını dəyişən aktrisa bir müddət beyin xərçəngindən müalicə olunurdu.

Qeyd edək ki, Gülsen Tuncer geniş tamaşaçı auditoriyasına "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanış olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)