UEFA Avropa Liqasının Liqa mərhələsində I turun qarşılaşmaları keçirilib.
Milli.Az xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu azarkeşləri önündə Fransanın "Marsel" komandasını qəbul edib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər matçlarında da məhsuldar nəticələr qeydə alınıb. "Yuventus" NEK-i 5:0, "Kristal Pelas" isə "Lex Poznan"ı 4:0 hesabı ilə məğlub edib.
"Ferentsvaroş" səfərdə "Seltik"ə 3:1 hesabı ilə qalib gəlib. "Sent-Jillua" "Viktoriya"nı 3:0, "Bornmut" isə "Real Sosyedad"ı 2:1 hesabı ilə üstələyib.
Digər matçlarda qeydə alınan nəticələr:
OFİ (Yunanıstan) - "Hoffenhaym" (Almaniya) - 2:0
"Levski" (Bolqarıstan) - "Zaltsburq" (Avstriya) - 0:1
"Real Sosyedad" (İspaniya) - "Bornmut" (İngiltərə) - 1:2
"Kristal Pelas" (İngiltərə) - "Lex" (Polşa) - 4:0
"Seltik" (Şotlandiya) - "Ferentsvaroş" (Macarıstan) - 1:3
"Viktoriya" (Çexiya) - "Union" (Belçika) - 0:3
"Lilleström" (Norveç) - "Unian Torrense" (Portuqaliya) - 1:2
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)