Asya Alizadeyə növbəti qadağa

18 Sentyabr 2026 10:30

Türkiyədə fəaliyyət göstərdikdən sonra ölkədən deportasiya edilən və hazırda Amsterdamda yaşayan azərbaycanlı müğənni Asya Alizade yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçinin "X" sosial şəbəkə hesabına girişlə bağlı məhdudiyyət tətbiq edildiyi bildirilib.

Qeyd olunur ki, qeyri-adekvat davranışları ilə bağlı zaman-zaman tənqid olunan Asya Alizadenin hesabına tətbiq edilən məhdudiyyət sosial şəbəkələrdə müzakirə yaradıb.

Müğənninin hesabına girişin hansı səbəbdən və hansı müddətə məhdudlaşdırıldığı ilə bağlı əlavə məlumat verilməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)