“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen

18 Sentyabr 2026 00:35

Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen Ukraynadakı münaqişə səbəbindən Üçüncü Dünya müharibəsinin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, fransalı siyasətçi mövcud gərginliyi qiymətləndirərkən iki ehtimalı irəli sürüb:

"Ya NATO bu münaqişəyə qoşulacaq və o zaman Üçüncü Dünya müharibəsi başlayacaq, ya da biz yüzillik müharibənin şahidi olacağıq".

Yaranmış vəziyyətdən çıxış yolu kimi Le Pen münaqişənin həlli yollarını tapmaq üçün müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə yüksəksəviyyəli beynəlxalq konfransın keçirilməsinin vacibliyini vurğulayıb:

"Böhranın həlli üçün Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsən danışmaq istərdim".

Xatırladaq ki, Marin Le Pen bundan əvvəl də Fransanın mövcud maliyyə vəziyyəti fonunda Ukraynanı maliyyələşdirməyə davam etmək iqtidarında olmadığını bəyan etmişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)