Çay sevənlərin illərdir davam edən "yaşıl çay, yoxsa qara çay daha sağlamdır" mübahisəsində hər şeyi dəyişən həqiqət ortaya çıxıb. Aparılan araşdırmalar nəticəsində emal prosesindən keçmədiyi üçün vitamin və antioksidant dəyəri ən yüksək olan və ən sağlam çay növü bəlli olub.
Milli.Az xəbər verir ki, aparılan təhlillər sağlamlıq baxımından ən yüksək faydanı təqdim edən çayın fərqli bir növ olduğunu göstərib.
Heç bir emaldan keçmir, əsl antioksidant mənbəyidir
Sağlamlığa təsirləri araşdırıldığında önə çıxan növ ağ çay oldu. Qara və yaşıl çayla eyni bitkidən əldə edilən ağ çay hələ tumurcuq halındaykən erkən dövrdə toplanır. Yaşıl və qara çaydan fərqli olaraq demək olar ki, heç fermentasiya olunmayan və yüksək istidə emal edilməyən bu növ təbiətdəki saf quruluşunu qüsursuz şəkildə qoruyur. Aparılan analizlərdə emal prosesinə məruz qalmadığı üçün tərkibindəki antioksidant, polifenol və qiymətli birləşmələrin nisbətinin digər bütün çay növlərindən açıq-aşkar daha yüksək olduğu müəyyən edilib.
Hüceyrələri yeniləyir, dərini gənc saxlayır
Yüksək antioksidant tutumu sayəsində bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə köhnəlməsini və erkən yaşlanmanı ləngidən ağ çay, eyni zamanda metobolizmi sürətləndirərək yağ yandırma prosesini dəstəkləyir. Dərinin elastikliyini təmin edən kollagen and elastin parçalanmasını tormozlayaraq daha parlaq görünüş bəxş edən bu xüsusi içki qara və yaşıl çayla müqayisədə çox daha aşağı kofein ehtiva edir. Beləliklə, sinir sistemini yormadan gün boyu istehlak etməyə imkan yaradır.
Toplanması olduqca zəhmətli olan və təzə tumurcuqlardan əldə edilən ağ çay məhdud istehsalı səbəbindən daha nadir tapılsa da, mütəxəssislər tərəfindən ən güclü təbii mənbə kimi göstərilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)