Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq

17 Sentyabr 2026 21:05

İranın Ali Rəhbərinin siyasi müşaviri Məhəmmədbaqer Zolqədr ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazının açılmayacağını bildirib.

Milli.Az-ın APA-ya istinadla məlumatına görə "Əlli il ərzində hegemonluqla üz-üzə dayanaraq öz mövcudluğunu, kimliyini, müstəqilliyini və ideallarını müdafiə edən bir xalqın 200 gecə-gündüz davam edən müqaviməti bu xalqı üç gün ərzində məğlub edəcəklərini düşünən düşmənlərin kabusudur. Nə qədər də yanlış təsəvvürdür!", - Zolqədr bildirib.

Onun sözlərinə görə, İran xalqı ölkəyə qarşı hücumların qarşısını almaq və müharibə zamanı həlak olanların qisasını almaq niyyətindədir.

Zolqədr çıxışının sonunda İran döyüşçülərinin Donald Tramp və Benyamin Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağını bildirib.

"Bu, İran xalqının qisasının ilk mərhələsidir", - o, vurğulayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)