Alyaskada 6,3 ballıq zəlzələ baş verib

17 Sentyabr 2026 19:53

ABŞ-nin Alyaska ştatında 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Nikolski yaşayış məntəqəsindən təxminən 167 kilometr qərbdə, ocağı isə 83 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində ölən və yaralananlar, eləcə də ciddi dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)