"Barselona"nın braziliyalı vingeri Rafinya mövsümün ilk yeddi oyununda vurduğu qolların sayına görə Lionel Messinin rekordunu geridə qoyub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rafinya "Barselona"nın İspaniya çempionatında "Rasinq"i 7:2 hesabı ilə məğlub etdiyi oyunda het-trikə imza atıb və mövsümün ilk yeddi matçında vurduğu qolların sayını 11-ə çatdırıb.
Bununla da braziliyalı futbolçu Messinin 2012/13 mövsümündə ilk yeddi oyunda vurduğu 10 qol göstəricisini geridə qoyub.
29 yaşlı Rafinya 2022-ci ildən "Barselona"nın formasını geyinir. O, Kataloniya klubunun heyətində üç dəfə İspaniya çempionu və Superkubokun qalibi olub, bir dəfə isə ölkə kubokunu qazanıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)