Goranboyda gənc oğlanın meyiti tapılıb.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəşirli kəndinə qeydə alınıb.
Belə ki, kənd sakini 2004-cü il Ə. Abbasovun meyiti kəndin yaxınlığında əkin sahəsindən tapılıb.
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Gənc oğlanın hansı şəraitdə ölməsi məlum deyil.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)