İsveçin Baş naziri istefa verdi

17 Sentyabr 2026 16:50

İsveçin Baş naziri Ulf Kristersson vəzifəsindən istefa verdiyini açıqlayıb.

Kristersson bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, parlament seçkilərindən sonra hökumət başçısı vəzifəsindən ayrılmaq qərarına gəldiyini bildirib.

Baş nazir parlamentin spikerinə müraciət edərək vəzifəsindən azad olunmasını istəyib. Onun rəhbərlik etdiyi sağ-mərkəzçi siyasi blok seçkidə müxalifət qüvvələrindən geri qalıb. Son nəticələrə əsasən, müxalifət 349 yerlik parlamentdə 176 mandat, Kristerssonun rəhbərlik etdiyi blok isə 173 mandat əldə edib.

Kristersson istefa ərizəsinin mətnini də sosial şəbəkə hesabında yayımlayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)