“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı

17 Sentyabr 2026 16:02

Türkiyənin "Trabzonspor" futbol komandasının yeni baş məşqçisi açıqlanıb.

Milli.Az xəbər verir ki, klub alman mütəxəssis Tomas Raysla anlaşdığını bəyan edib. O, bu postda Fatih Tekkeni əvəzləyib.

Xatırladaq ki, "Trabzonspor" Superliqada 5 turdan sonra 7 xalla 9-cu pillədə qərarlaşıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)