Türkiyəli bloqer Eysan Bakının mərkəzi küçələrindən birində maraqlı üsulla təmizlik yoxlaması aparıb.
Milli.Az xəbər verir ki, bloqer ağ corab geyinərək paytaxtın mərkəzi küçələrində gəzib və bununla ərazinin təmizliyini nümayiş etdirməyə çalışıb.
Eysan paylaşdığı görüntülərə "Bakı təmizdir, mərkəzdə küçə ərəb sabunu ilə hər gün yuyulur" şərhini yazıb.
Bloqerin bu paylaşımı sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)