Demet Akalına konsertində əxlaqsızlıq - (Video)

17 Sentyabr 2026 15:55

Türkiyəli müğənni Demet Akalın konsert zamanı yaşadığı hadisəyə görə əsəbiləşib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi çıxışı zamanı tamaşaçılar arasında olan bir şəxsin ona qarşı uyğun olmayan davranış sərgilədiyini bildirib.

Hadisədən sonra müğənni mühafizəçilərə iradını çatdırıb. Demet Akalın həmin şəxsin onu tutduğunu və bədəninə toxunduğunu deyərək narazılığını ifadə edib.

"Bu kişi belə tutur, hər tərəfimə əl atdı. Mahnı oxuyanda götürün bunu, deyirəm", - deyə sənətçi mühafizəçilərə səslənib.

Görüntülərdə Demet Akalının ona qarşı bu hərəkəti etdiyi iddia olunan şəxsə sərt reaksiya verdiyi də görünür.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)