Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)

17 Sentyabr 2026 15:18

Bakıda universitetlərin şəhər mərkəzindən kənara köçürülməsi illərdir danışılırdı və budur, ilk böyük addım atıldı.

Milli.Az xəbər portalı bir neçə gün əvvəl Prezident İlham Əliyevin açılışını etdiyi "SABAH.city" innovasiya şəhərciyindən reportaj hazırlayıb. 

Bura Bakı ətrafında yerləşən tam fərqli bir dünya, yeni bir tələbə mərkəzidir. Şəhərciyi gəzərkən Elm və Təhsil naziri Emin Əmrullayev, Prezidentin köməkçisi Şahmar Mövsümov və BDU-nun rektoru Elçin Babayevlə də qarşılaşdıq. 

Layihə düz 20 hektarı əhatə edəcək. Birinci mərhələdə 4 korpus, restoranlar, kafelər və idman meydançaları qurulub. Yəni tələbənin mərkəzə qayıtmağına ehtiyac qalmayacaq, hər şey buradadır!"

Bakının 3 ən böyük universitetinin - BDU, AzTU və ADNSU-nun tələbləri bura gələcək. Kibertəhlükəsizlikdən robototexnikaya qədər 13 ultra-müasir laboratoriya fəaliyyətdədir. Şəhərciyin ürəyi isə ASAN Süni İntellekt Mərkəzidir. Bura Oksford və Boğaziçi kimi dünya nəhəngləri ilə əməkdaşlıq edir. Artıq 50 süni intellekt həlli burada yaradılıb . Bura həm də bir biznes mərkəzidir. 12 startap və 22 texnologiya şirkəti vahid məkandadır. Təsəvvür edin, buradan çıxan 4 startapı artıq xarici investorlar satın alıb.

Tam fəaliyyətə başlayanda bura gündə yüzlərlə tələbə gələcək və şəhər mərkəzinin yükü xeyli azalacaq. 

Müəllif: Asif Mehman (Milli.Az Baş redaktor)

 
 
 
 
 
View this post on Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Jurnalist Adam (@jurnalistadam)