Son vaxtlar arıqlaması ilə diqqət çəkən müğənni Tacir Şahmalıoğlu bu dəfə oğlu Şahmalı ilə birlikdə efirə çıxıb.
Milli.Az xəbər verir ki, veriliş zamanı sənətçinin arıqlaması müzakirə mövzusuna çevrilib. Tacir Şahmalıoğlunun xarici görünüşündəki dəyişiklik oğlu Şahmalının da kövrəlməsinə səbəb olub.
Şahmalı atasının xəstəliyinin və arıqlamasının ona təsir etdiyini deyərək göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Tacir Şahmalıoğlunun arıqlaması son günlər sosial şəbəkələrdə də müzakirə olunur. Sənətçinin mədə kiçiltmə əməliyyatı keçirdiyi barədə məlumatı ilk olaraq Xəbərshow əldə edib.
Tacir Şahmalıoğlu daha əvvəl sosial şəbəkə hesabında uzun illərdir arıqlamaq istədiyini qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)