Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)

17 Sentyabr 2026 14:30

Aparıcı Vüsalə Əlizadə Xəzər TV-dən ayrılması ilə bağlı yayılan iddialara reaksiya verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,, aparıcı Xəzər TV-nin binasının görüntüsünü paylaşaraq sözügedən xəbərlərə münasibət bildirib. O, paylaşımı ilə yeni mövsümdə də Xəzər TV-də fəaliyyətini davam etdirəcəyini nümayiş etdirib.

Qeyd edək ki, kanalın yeni mövsüm anonsları arasında Vüsalə Əlizadənin yer almaması onun Xəzər TV-dən ayrılması ilə bağlı iddiaların yayılmasına səbəb olmuşdu. İddialar arasında aparıcıya ARB TV-dən təklif gəldiyi də yer alırdı.

Vüsalə Əlizadə bir neçə ildir Xəzər TV-də yayımlanan "İncə səhər" proqramına aparıcılıq edirdi. O, ötən mövsüm səhhəti ilə əlaqədar səhər efirində fəaliyyətini dayandırdığını açıqlamışdı.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)