Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, Paşinyan bu barədə brifinqdə danışıb.
O bildirib ki, hazırda Ermənistanın Dövlət İdarəçilik Akademiyasında rus dili üzrə kursda iştirak edir.
"Hazırda Akademiyada rus dili kursuna gedirəm. Kimsə yapon, ispan, Çin və ya alman dillərini öyrənə bilər", - Paşinyan bildirib.
Paşinyan bu fikirləri dövlət idarəçiliyində çalışanların xarici dil biliklərinə dair tələblərin artırılması ilə bağlı müzakirələr fonunda səsləndirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)