Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi

17 Sentyabr 2026 12:51

Ukrayna Rusiya ordusunun müharibədəki itkiləri ilə bağlı məlumatı yeniləyib.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, müharibə başlayandan indiyədək Rusiya ordusunun itkiləri 1 milyon 513 min 490 hərbçi təşkil edib.

Bildirilib ki, Rusiya ordusu həmçinin 12 346 tank, 25 345 zirehli döyüş maşını, 49 863 artilleriya sistemi, 2 139 reaktiv yaylım atəş sistemi, 1 645 hava hücumundan müdafiə sistemi, 442 hərbi təyyarə və 356 helikopter itirib.

Bundan başqa, Rusiya ordusunun 2 644 yerüstü robot-texnika kompleksi, 520 508 PUA, 150 018 avtomobil texnikası, 5 111 qanadlı raket, 35 gəmi və kater, 2 sualtı qayıq və 4 697 xüsusi texnika itirdiyi qeyd olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)