İşğaldan azad edilmiş ərazilərdə tarixi-dini irsin inventarlaşdırılması və bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə xüsusi diqqət yetirilib.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət Nazirinin müavini Səadət Yusifova "Tarixi-dini abidələrin mühafizəsi: çağırışlar və perspektivlər" konfransında deyib.
"Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkil edilməsi haqqında" fərmanının icrası çərçivəsində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni İrs Xidməti tərəfindən 2020-ci il noyabrın 3-dən etibarən 575 abidənin, o cümlədən Şuşa şəhərində 196 abidənin inventarlaşdırılması aparılır".
S.Yusifova bildirib ki, ötən il dövlət hesabına Bakıda 3 məscid və 1 kilsədə, işğaldan azad edilmiş ərazilərdə isə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbəddə işlər aparılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)