Azərbaycanın mədəni irsini əks etdirən kitablar Limadakı kitabxanaya hədiyyə edilib.
Milli.Az xəbər verir ki, Azərbaycanın zəngin mədəni irsini əks etdirən iki kitab Perunun Lima Metropolitana Kitabxanasına hədiyyə edilib.
Azərbaycanın Perudakı Səfirliyindən bildirilib ki, kitabxanaya "Azerbaijan's Heritage on UNESCO Lists" və "Azerbaijani Carpets, The Dance of Loops" adlı nəşrlər təqdim olunub.
Kitabların Azərbaycan mədəni irsinin, UNESCO siyahılarında yer alan irs nümunələrinin və Azərbaycan xalçaçılıq sənətinin tanıdılmasına töhfə verəcəyi qeyd olunub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)