Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)

17 Sentyabr 2026 10:50

"Real Madrid"in gənc ulduzu Arda Güler "Elçe" üzərində 3:2 hesablı qələbə qazandıqları qarşılaşmada göstərdiyi performansla matçın MVP-si seçilib.

Milli.Az xəbər verir ki, gənc futbolçu qarşılaşmada sərgilədiyi oyunla diqqət çəkib və matçın ən yaxşı futbolçusu adına layiq görülüb.

Lakin görüşdən sonra Arda Gülerlə bağlı başqa bir məqam da gündəmə gəlib. Qarşılaşmanın ardından keçirilən qeyd etmələr zamanı komanda yoldaşı Cud Bellinqemin Arda Gülerə münasibəti diqqət çəkib.

Bellinqemin müəyyən anlarda Arda Gülerə məhəl qoymadığı görüntülər sosial şəbəkələrdə yayılıb. Bu kadrlar "Real Madrid" azarkeşləri arasında müzakirələrə səbəb olub və müxtəlif şərhlərlə qarşılanıb. Bəziləri bu davranışı böyük hörmətsizlik adlandırıblar.

Azarkeşlər sözügedən davranışın səbəbini müzakirə edərkən, futbolçular arasındakı münasibətlər barədə müxtəlif fikirlər bildirilib. Bununla belə, Arda Gülerin qarşılaşmadakı uğurlu çıxışı diqqət mərkəzində qalmaqda davam edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)