Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu və Yusifcanlı kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın minalanmış ərazidə qeydə alınıb. Hadisə nəticəsində ərazidə alov və güclü tüstü müşahidə olunur.
Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən briqadanın cəlb olunduğu bildirilir.
Xəbər yenilənəcək
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)