"Real"ın gənc türk ulduzu Arda Gülerin İspaniya klubuna keçidindən sonra fiziki inkişafı diqqət çəkib.
Milli.Az xəbər verir ki, futbolçunun "Real"a transfer olduğu gündən bu yana təxminən 12 kiloqram əzələ kütləsi qazandığı bildirilir.
Arda Gülerin əvvəlki və hazırkı fiziki görünüşünü əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb. Futbolçunun fiziki baxımdan keçdiyi dəyişiklik azarkeşlərin marağına səbəb olub və paylaşımın altında çoxsaylı rəylər yazılıb.
Türkiyə millisinin üzvünün son dövrlərdə meydandakı performansını yüksəltməsi də diqqətdən yayınmayıb. Arda Gülerin həm fiziki inkişafı, həm də oyun göstəricilərindəki dəyişiklik futbol ictimaiyyətinin maraqla izlədiyi mövzulardan birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)