Çində keçirilən CIFTIS 2026 sərgisində diqqətçəkən texnoloji yenilik nümayiş etdirilib.
Milli.Az xəbər verir ki, sərgidə arapaimaya bənzəyən bionik robot balıq təqdim olunub.
Real balığın görünüşünü və hərəkətlərini təqlid edən robot quyruğu və üzgəcləri vasitəsilə suda hərəkət edir. Onun üzmə tərzinin real arapaimanın hərəkətlərinə uyğunlaşdırıldığı bildirilib.
Sərgidə nümayiş etdirilən robot ziyarətçilərin marağına səbəb olub. Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra da geniş diqqət çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)