İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)

19 Sentyabr 2026 06:06

Şadlıq saraylarından birində keçirilən toy mərasimi maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, eyni məclisdə iki gəlin və iki bəyin toyunun keçirilməsi diqqət çəkib.

Belə ki, iki cütlük birlikdə nikah mərasimi keçirərək eyni şadlıq sarayında toy edib. Mərasimdən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilərin marağına səbəb olub.

İki cütlüyün eyni məclisdə evlənməsi sosial şəbəkələrdə müzakirə yaradıb. İstifadəçilər onların bu addımı ilə bağlı müxtəlif fikirlər bildiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)