Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı

16 Sentyabr 2026 23:42

Müğənni Tacir Şahmalıoğlu son günlər arıqlaması və görünüşündəki dəyişikliyə görə narahat olanlara sosial şəbəkədə cavab verib.

Milli.Az xəbər verir ki, sənətçi qripə yoluxduğunu və hazırda səhhətinin yaxşı olduğunu açıqlayıb.

"Məndən ötrü nigaran olanlara bildirmək istəyirəm ki, narahat olmayın. Hər şey öz qaydasındadır. İnsanıq, bir az arıqlayıb-kökəlirsən. Xəstəlik də var, virus gəzir. Mən də qrip oldum. Qrip məni bir az əldən saldı. Amma şükür Allaha ki, yaxşıyam. Hamıya təşəkkür edirəm, hər dəqiqə zəng gəlir. Narahatlığa səbəb yoxdur, bir neçə günə özümü toparlayacağam".

Qeyd edək ki, bir müddət əvvəl mədəaltı vəzidən əməliyyat olunan sənətçi 25 kiloqram çəki atıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)