Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - (Foto)

16 Sentyabr 2026 23:33

Lənkəranda "Mercedes Vito" ağır tonnajlı yük avtomobili ilə toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı sərnişin avtomobili arxadan İran İslam Respublikasına gedən TIR-a çırpılıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu deyilir.

Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)