Sinqapur kitab oxuyanlara pul verəcək

17 Sentyabr 2026 05:05

Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb.

Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütaliə mədəniyyətini təşviq etmək məqsədilə beşillik milli proqrama başlayıb.

Milli Kitabxana Şurası tərəfindən başladılan "ReadSG" kampaniyası çərçivəsində iştirakçılar proqramın veb-saytına və ya mobil tətbiqinə daxil olmağa və gündə ən azı 15 dəqiqə mütaliəyə vaxt ayırmağa dəvət olunurlar.

Ən azı 15 dəqiqə mütaliə etmək 20 virtual sikkə qazandırır və iştirakçıların hesabına hər 1000 sikkə üçün bir dollar əlavə edilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)