Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)

16 Sentyabr 2026 23:19

1 ildən artıqdır təmir işləri aparılır, piyadalar ərazidə əziyyət çəkirlər. 

Milli.Az xəbər verir ki, görüntüləri universitet tələbələri çəkərək "Xəzər Xəbər"in qaynar xəttinə göndəriblər. Bildirilib ki, yaxınlıqdakı universitetlərdən çıxan tələbələr yolları olmadığı üçün boruların və daşların üstündən hərəkət etməli olurlar. Keçdikləri yol ensizdir. Tələbələr də çox olduğundan dərslərinə gecikirlər. Ötən aydan etibarən Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində, həmçinin Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Yeni tədris ilinin başlaması ilə də ərazidən keçən piyadaların hərəkəti demək olar ki, çətinləşib.

Ərazidə çəkiliş apardığımız zaman tələbələr bildirdilər ki, 1 ildən çoxdur onlar universitetə getmək üçün bu yoldan istifadə edirlər.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)