"Real Madrid" klubunda ulduz futbolçunun əsas heyətdəki mövqeyini itirmək ehtimalı yaranıb.
Milli.Az xəbər verir ki, braziliyalı ulduz Vinisus Junior hələlik klubdakı statusu sayəsində "Real Madrid"in əsas heyətində yer almağa davam edir.
Lakin onun göstərdiyi oyun qısa zamanda yaxşılaşmasa, qarşıdakı matçlarda Yan Diomanderenin ona üstünlük veriləcəyi bildirilir.
Məşqçilər korpusunun futbolçunun performansından narahat olduğu və komanda daxilində rəqabətin gücləndiyi qeyd edilir. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)